Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində baş vermiş və iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin ilkin səbəbi məlum olub.
Bakigundem.comu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, qəzanın sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırmalar davam etdirilir.
Nazirlik bir daha sürücülərə müraciət edərək xatırladıb ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir.
Qeyd edək ki, İlqar Süleymanovnun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil Şamaxı istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Elmira Duxiyeva hadisə yerində həyatını itirib.














Leave a Reply