İrandan Azərbaycana 35 kq narkotik və 4 960 ədəd metadon həbi keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bakigundem.com-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 35 kiloqram narkotik vasitə və 4960 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *