Bişkek görüşündə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesi də nəzərdən keçirilib.
Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatda qeyd olunub.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan delimitasiya üzrə müvafiq dövlət komissiyalarının sülhün təmin olunmasındakı mühüm rolunu qeyd ediblər. Əldə olunmuş ikitərəfli razılaşmalara uyğun olaraq, komissiyaların öz fəaliyyətini fasiləsiz davam etdirməsinin vacibliyi xüsusi ifadə olunub.
















Leave a Reply