İlham Əliyev: İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir

Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir.

Bakigundem.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Azərbaycanda hər hansı daxili risklərimizin olmadığını dəfələrlə söylədiyini xatırladan dövlətimizin başçısı bildirib: “Bütün potensial risklər bizim hüdudlarımızdan kənardan gəlir. İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir. Ona görə biz hər zaman ayıq-sayıq olmalıyıq və milli mənsubiyyətimizin, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin müdafiə olunmasına və həyat tərzimizin qorunmasına çox bağlı olmalıyıq”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *