İki gündə 84 cinayətin üstü açılıb, 73 axtarışda olan şəxs saxlanılıb

Avqustun 1-də və 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *