Gürcüstanda dəhşətli qəza: 6 azərbaycanlı gənc həyatını itirdi

Gürcüstanın Qardabani rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıgundem.com APA-ya istinadən xəbər verir ki, azərbaycanlıların yaşadığı Birlik kəndində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər həyatını itirib. Onlardan beşi hadisə yerində ölüb, ağır yaralanan bir nəfər isə xəstəxanada vəfat edib.

Bildirilib ki, ölənlərin hamısı azərbaycanlı olub. Onlardan üçü Birlik kəndindən, digərləri isə Saqareco bölgəsindən olub. Həlak olanlar arasında iki qardaşın da olduğu qeyd edilir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *