Gürcüstan Ali Məhkəməsinin nümayəndə heyəti Qarabağa səfər edib

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağa səfər edib.

Bu barədə Bakigundem.com-a Ali Məhkəmədən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Xankəndi şəhərində olub, Xankəndi Məhkəmə Kompleksi ilə tanış olub. Kompleksə ziyarət qonaqların məhkəmə infrastrukturu ilə yerində tanış olmalarına imkan yaradıb.

Nümayəndə heyəti həmçinin Şuşa, Xocalı və Laçında olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *