Hadisə bu gün rayonun Qarabaqqal kəndində yerləşən kafelərdən birində qeydə alınıb. İlkin məlumata görə, 38 yaşlı Tehran İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 31 yaşlı Vəfa Ağakərimovaya kəsici alətlə xəsarət yetirib.
Aldığı ağır xəsarətlər nəticəsində Vəfa Ağakərimova hadisə yerində dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tehran İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.











Leave a Reply