Fransada şagird etirazları: 24 təhsil müəssisəsi yandırılıb və ya qarət edilib

Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi genişmiqyaslı etiraz aksiyaları zamanı 24 təhsil müəssisəsinin yandırıldığı və ya qarət edildiyi bildirilir.

Bakigundem.com xəbər verir ki, bunu Fransanın təhsil naziri Eduar Jeffre “France 2” telekanalının efirində açıqlayıb.

Nazirin sözlərinə görə, etirazlar səbəbindən ölkə üzrə 400-dən çox məktəb oktyabrın 5-də əyani tədrisi bərpa etməyəcək.

Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etirazları ötən həftə Parisin İl-de-Frans regionunda başlayıb. Aksiyalar daha sonra ölkənin digər bölgələrinə də yayılıb.

Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və Fransanın təhsil sistemindəki digər problemlərə etiraz edirlər.

Məlumata görə, aksiyalarla bağlı 5 mindən çox etirazçı polis tərəfindən saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *