Formula 2 Azərbaycan Qran-Prisi: sərbəst yürüşün qalibi məlum olub

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sərbəst yürüş başa çatıb.

Bakigundem.com xəbər verir ki, 45 dəqiqə davam edən yürüşdə ən yaxşı nəticəyə “Art Grand Prix”in hindistanlı pilotu Kuş Maini imza atıb.

“Rodin” komandasından irlandiyalı pilot Aleks Dan ikinci, “Campos”un sürücüsü Nikola Tsolov üçüncü olub.

Saat 12:30-dan 13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *