Filippin sahillərində 6,3 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bakigundem.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Sarangani əyalətindən 24 kilometr cənub-qərbdə, təxminən 7500 nəfər əhalisi olan ərazidə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *