Ermənistan Azərbaycan, İran və digər ölkələrdən qaz almağa hazırdır

Ermənistan Azərbaycan, İran və digər ölkələrdən qaz almağa hazırdır. 

Bakigundem.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bəyan edib.

O bildirib ki, Ermənistan bir ölkədən olan asılılığı başqa bir ölkədən asılılıqla əvəz etmək niyyətində deyil.

Simonyanın sözlərinə görə, onlar qazı mümkün olan hər yerdən almaq fikrindədirlər. Əgər Rusiya tədarük etsə Rusiyadan, Azərbaycan olsa Azərbaycandan, İran olsa İrandan alacaqlar. Hətta Türkiyədən qaz almaq imkanı yaransa, ondan da alacaqlar.

Qeyd edək ki, Ermənistana daxil olan qazın böyük hissəsi Rusiyanın payına düşür. 2025-ci ildə Qazprom təxminən 2,7 milyard kubmetr qaz tədarük edib. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *