DSMF altı ayda 109 mindən çox elektron arayış təqdim edib

Cari ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 109 min 457 elektron arayış alınıb.

Bu barədə Bakigundem.com-a DSMF-dən məlumat verilib.

Bildirilib ki, bu arayışların 50 min 587-si pensiya, 26 min 235-i müavinət və təqaüd, 22 min 25-i fərdi şəxsi hesab, 4008-i ünvanlı dövlət sosial yardımı, 1146-sı ünvanlı dövlət sosial yardımı ödənişləri, 1257-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 4199-u əlilliyi olan şəxslərə qulluqla bağlı olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *