Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

DİN son iki günün kriminal statistikasını açıqlayıb

İyunun 20-də və 21-də ölkə ərazisində qeydə alınan 79, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

Bakigundem.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *