DİN: Ötən sutkada 55 cinayətin üstü açılıb

İyulun 15-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Bakigundem.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *