DİN: Bir gündə 29 cinayət qeydə alınıb, 108 axtarışda olan şəxs saxlanılıb

İyulun 20-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bakigundem.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *