Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

DİN: Bir gündə 22 cinayətin üstü açılıb, 31 axtarışda olan şəxs saxlanılıb

İyulun 2-də ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bakigundem.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 30 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *