Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Dayısını döyərək öldürdü

Türkiyənin Bursa şəhərində 60 yaşlı Cüneyt Taşkıran bacısı oğlu, 35 yaşlı Erdem Alay tərəfindən döyülərək öldürülüb.

Bakigundem.com yerli mediaya istinadla bildirir ki, hadisə 3 gün ərzində yaralı anası və dayısının meyiti ilə eyni evdə qalan Erdem Alayın spirtli içkinin təsiri altında taksi sürücülərinə dayısının öldüyünü deməsindən sonra üzə çıxıb. Taksi sürücülərinin məlumatı əsasında hüquq-mühafizə orqanları hadisədən xəbər tutub.

Hadisə mayın 23-də günorta saatlarında Türkiyənin Bursa şəhərinin Osmanqazi qəsəbəsində baş verib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *