Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən təxminən 900 metr aralıda yerləşən nəzarətsiz sahildə dənizdə iki nəfər batıb.
Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Aparılan operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib. Daha bir nəfərin – qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.















Leave a Reply