Xəzər dənizində su səviyyəsinin azalması Bakının sahil ərazilərində də açıq şəkildə müşahidə olunur.
Bakigundem.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən IV İqlim Həftəsinin rəsmi açılış mərasimində deyib.
Nazir bildirib ki, hazırda dünyada sürətli ekoloji dəyişikliklər baş verir və bu proses dünyanın müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda özünü göstərir.
“Bunun ən bariz nümunəsi Xəzər dənizidir. Bulvarın bəzi ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür. Bütün bunlar iqlim dəyişikliyinin göstəricisidir”, – deyə Ceyhun Bayramov qeyd edib.
Onun sözlərinə görə, baş verən ekoloji dəyişikliklər iqtisadi sabitlik və davamlılıq baxımından da məsələnin aktuallığını artırır.












Leave a Reply