2019-cu ildən itkin düşən Cəlilabad sakininin qətlə yetirildiyi müəyyən edilib.
İstintaqa görə, Nadir Məmmədov 23 aprel 2019-cu ildə əvvəldən tanıdığı Ramiz Ələkbərov tərəfindən qisas məqsədilə boğularaq öldürülüb.
Meyitin cinayəti gizlətmək üçün Masallının Təzə Alvadı kəndindəki evin həyətində istifadəsiz su quyusuna atıldığı bildirilir.
Ramiz Ələkbərov 20 sentyabr 2026-cı ildə saxlanılıb və cinayəti etiraf edib.
Quyuda aparılan qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.
Fakt üzrə istintaq davam edir.














Leave a Reply