Buzovnada dənizdə batan gəncin meyiti tapılıb

Avqustun 2-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun meyiti tapılıb.

Bu barədə Bakigundem.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *