İyunun 20-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 96 saylı yarımstansiyada 6 kV-luq bölmələrdə təmir işləri aparılacaq.
Bakigundem.com bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bununla əlaqədar saat 00:30-dan 02:30-dək Nəsimi rayonu Mirəli Qaşqay, Feyzulla Qasımzadə, Abbasqulu ağa Bakıxanov, Ənvər Qasımzadə, Hənifə Ələsgərov, Qulu Quliyev, Abbas Səhhət, Hüseyqulu Sarabski, Süleyman Rüstəm küçələri, Vaqif prospekti, həmçinin Nərimanov RETSİ ərazisinə daxil olan Ceyhun Hacıbəyli, Həsən Əliyev, Məmməd Araz küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.














Leave a Reply