Bu gün – sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.
Milli Musiqi Günü Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar təsis edilib. 1885-ci il sentyabrın 18-də Şuşada dünyaya gələn Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayıb.
Bəstəkar Azərbaycan professional bəstəkarlıq məktəbinin və milli operanın əsasını qoyub. Onun 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operası Şərqdə ilk opera kimi Azərbaycan musiqi tarixində xüsusi yer tutur.
Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yanaşı, onun pedaqoji və ictimai fəaliyyəti də milli musiqi mədəniyyətinin formalaşmasına böyük töhfə verib. Bəstəkarın irsi bu gün də Azərbaycan musiqisinin mühüm tərkib hissəsi olaraq qorunur və təbliğ edilir.
Qeyd edək ki, sentyabrın 18-i həmçinin ölkəmizdə Üzeyir Musiqi Günü kimi müxtəlif mədəni tədbirlərlə qeyd olunur.












Leave a Reply