Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Böyük Qayıdış: Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir.

Bakigundem.com xəbər verir ki, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə, həmçinin Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Xocavənd rayonunun Güneyxırman kəndinə 18 ailə (72 nəfər), Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə isə 15 ailə (51 nəfər) köçürülüb.

Ümumilikdə, 54 ailə olmaqla 210 nəfər doğma yurduna qayıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *