Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bakının bu ərazilərində evlər bahalaşa bilər – Qiymət artımı 35 faizə çata bilər

Yeni Suraxanı–Hövsan dəmiryolu xəttinin bərpası çərçivəsində söküntü işlərinə başlanılması bölgədə daşınmaz əmlak bazarına da təsir göstərə bilər.

Bakigundem.com xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması həmin ərazilərdə yaşayışa tələbi artırdığından, layihənin tam başa çatmasından sonra Yeni Suraxanı və Hövsanda həm həyət evlərinin, həm də mənzillərin qiymətlərində artım gözlənilir.

Hazırda ərazidə həyət evləri əsasən 90–140 min manat aralığında təklif olunur. Proqnozlara əsasən, dəmiryolu xətti istifadəyə verildikdən sonra bu evlərin qiyməti orta hesabla 20–35 faiz arta bilər. Bu halda hazırda 100 min manatasatılan ev 120–135 min manata150 min manat dəyərində olan ev isə 180–200 min manata qədər bahalaşa bilər.

Bina mənzilləri bazarında da oxşar tendensiyanın müşahidə ediləcəyi bildirilir. Hazırda mənzillərin qiyməti əsasən 75–140 min manat arasında dəyişir. Layihənin reallaşmasından sonra onların qiymətinin 15–30 faiz artacağı proqnozlaşdırılır. Beləliklə, 100 min manatlıq mənzilin qiyməti 115–130 min manata130 min manatlıq mənzil isə 150–165 min manata qədər yüksələ bilər.

Ekspertlər hesab edirlər ki, ən böyük qiymət artımı dəmiryolu stansiyalarına yaxın, çıxarışlı və nəqliyyat baxımından əlverişli ərazilərdə yerləşən daşınmaz əmlaklarda qeydə alınacaq.

Bununla yanaşı, layihənin icra müddəti, ölkədəki ümumi iqtisadi vəziyyət və daşınmaz əmlak bazarındakı dəyişikliklər də qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *