17 Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-də xüsusi iş rejimi tətbiq olunacaq.
Bakıgundem.com xəbər verir ki, tədbir günlərində sərnişin axınının təhlükəsiz və fasiləsiz idarə olunması məqsədilə qatarların hərəkət qrafikində dəyişiklik ediləcək.
Mayın 17-də qatarlar şənbə qrafiki ilə hərəkət edəcək:
“28 May-Əhmədli” və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə olacaq.
Sessiyanın digər günlərində isə metro ən sıx iş günü rejimində fəaliyyət göstərəcək: “28 May-Əhmədli” sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.
Bənövşəyi xətdə, həmçinin “Əhmədli–Həzi Aslanov” və “Cəfər Cabbarlı-Xətai” məkik hərəkət mənzillərində qrafik olduğu kimi qalacaq.
Sərnişin sıxlığının operativ tənzimlənməsi üçün ehtiyat qatarlar da hazır saxlanılacaq.
WUF13 günlərində, həmçinin Bakı metropoliteninin 9 stansiyasında 56 könüllü sərnişinlərə və tədbir iştirakçılarına dəstək olacaq.
















Leave a Reply