Bakıda anbardan 51 min manatlıq kombi aparatları oğurlanıb – 4 nəfər saxlanılıb

Paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.

Bu barədə Bakigundem.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat olan 48 ədəd kombi aparatını talayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *