Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bakı-Tbilisi qatarında bu çəkidə olan baqajı pulsuz aparmaq mümkün olacaq

Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.

Bakigundem.com bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. “Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər”, – deyə məlumatda qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *