29 iyul tarixində saat 23:55 radələrində Bakı metropolitenini qidalandıran yüksək gərginlikli elektrik kabel xəttində baş vermiş qısaqapanma səbəbindən Yaşıl xəttin “Memar Əcəmi–Dərnəgül” sahəsində qatarların hərəkətində qısamüddətli fasilə yaranıb.
Bakigundem.com xəbər verir ki, bu barədə “Bakı Metropoliten” QSC-dən bildirilib.
Qeyd edilib ki, operativ görülmüş tədbirlər nəticəsində alternativ elektrik mənbələrindən istifadə olunaraq qatarların hərəkəti qısa müddətdə bərpa edilib və Bakı metropoliteni normal iş rejimində fəaliyyətini davam etdirib.














Leave a Reply