Badamdarda yaşayış binasında partlayış olub

Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən 5 mərtəbəli binada partlayış baş verib.

FHN-in məlumatına görə, hadisə binanın birinci mərtəbəsindəki mənzilin hamam otağında, ilkin ehtimala görə, qazla işləyən cihazda baş verib.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *