Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bərdədə 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Miranə Nuruşova saxlanılıb. 

Bakigundem.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Ondan satış məqsədilə əldə etdiyi ümumilikdə 10 kiloqramdan artıq marixuana və həşiş aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. M.Nuruşova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *