Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasına başsağlığı verib.

Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin “X” sosial media hesabında edilən paylaşımda bildirilib.

“Mərkəzi Afrika Respublikasında çoxsaylı insanın həyatını itirməsinə və xəsarət almasına səbəb olan qızıl mədənində baş vermiş ölümcül qəza xəbəri bizi dərindən kədərləndirib.

Həlak olanların ailələrinə, eləcə də Mərkəzi Afrika Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayır, hadisədən zərər çəkən hər kəsin mümkün qədər qısa müddətdə təhlükəsizliyinin təmin olunacağına ümid edirik”, – deyə məlumatda bildirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *