“Azeri Light” neftinin qiyməti yenidən ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin son satış qiyməti bəlli olub.

Bakigundem.com xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,64 ABŞ dolları və ya 0,7 % azalaraq 91,04 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *