Azərbaycanın neft koksu ixracı 49 faiz artıb

Bu ilin yanvar-iyun aylarında ölkədən 46,4 milyon ABŞ dolları dəyərində 116,5 min tondan çox neft koksu ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Bakigundem.com-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 49 faiz, həcmi isə 18 faiz artıb.

Cari ilin ilk yarısında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,28 faizə bərabər olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *