Azərbaycanda iki gündə 86 cinayət açılıb

Sentyabrın 5-də və 6-da ölkə ərazisində qeydə alınan 86, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 90 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *