Avstriyanın Azərbaycana yeni səfiri təyin olunub

Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bakigundem.com xəbər verir ki, bu barədə  Avstriyanın Bakıdakı səfirliyi məlumat yayıb.

“Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir”, – səfirlikdən vurğulanıb.

Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan – red.) çalışıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *