Astarada 3 kəndin qaz təchizatı müvəqqəti dayandırılacaq

Sabah Astara rayonunun üç kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bakigundem.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 20-də saat 10:00-dan işlər yekunlaşanadək Astara rayonunun Təngərüd, Maşxan və Lələkəpeştə kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *