Aşpaz ixtisası üzrə beynəlxalq sertfikat proqramını uğurla bitirmiş və “City & Guilds Səviyyə 2 “ beynəlxalq dərəcəli serifikat əldə edən peşə məzunları ilə görüş keçirilib.
Bakigundem.com xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsilində beynəlxalq standartların tətbiqinin gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətliliyinə verdiyi töhfədən bəhs edib.
Tədbirin sonunda proqramı uğurla başa vuran məzunlara “City & Guilds Level 2” beynəlxalq sertifikatları təqdim olunub.











Leave a Reply