“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ictimai nəqliyyatda ilk dəfə olaraq “SİMA Pay” – üztanıma ödəniş sisteminin tətbiqinə başlayıb.
Bakıgundem.com xəbər verir ki, bu barədə QSC-dən verilən məlumatda bildirilib.
Məlumata görə, sərnişinlər artıq bu sistem vasitəsilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və Koroğlu dayanacağındakı turniketlərdən sürətli və daha rahat keçid edə biləcəklər.
“SİMA Pay”dən istifadə üçün “ADY Mobile” tətbiqini yeniləmək lazımdır.
















Leave a Reply