Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

ABB kartlarla bağlı yaranan problemə aydınlıq gətirdi

Azərbaycan Beynəlxalq Bankı (ABB) kartlardan vəsait silinməsi ilə bağlı açıqlama yayıb.

Bakigundem.com xəbər verir ki, açıqlamada deyilir: 

“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik”.

Xatırladaq ki, bir sıra kartlarda balansın mənfi göstərilməsi halları müşahidə olunub. Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

AccessBank da kart əməliyyatlarında yaranan problemlə bağlı müştərilərinə xəbərdarlıq mesajı göndərib

Qeyd edək ki, hazırda bir sıra bankların tətbiqlərinə daxil olmaqda çətinlik müşahidə olunur

Bəzi kartlarda balans mənfi əks olunsa da, banklar problemin tezliklə aradan qaldırılacağını bildirirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *