Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırır.

Bakigundem.com Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan özü açıqlama verib.

“8 noyabrda Azərbaycanın Zəfər Günü qeyd olunacaq. Mən də fövqəladə bir hal baş verməsə, həmin gün Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər vasitəsilə lazımi addımları atmaq imkanı əldə edərik”, – Türkiyə Prezidenti qeyd edib.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər klassik diplomatik təmasların çox fövqündədir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və inşallah gələcəyimizin məhsuludur. Türkiyə-Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur”, – Ərdoğan vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *