“Qırmızı körpü” sərhəd-keçid məntəqəsində yük maşınlarından bəyan edilməyən məhsullar aşkarlanıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə hərəkət edən iki “MAN” markalı yük nəqliyyat vasitəsi sərhəd naryadı tərəfindən təkrar yoxlamaya cəlb olunub.

Bakigundem.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Yoxlama zamanı nəqliyyat vasitələrinin yük sənədlərində gips daşındığı göstərilsə də 240 ədəd (24 kiloqram) qəlyan tütünü, 1119 ədəd avtomobil ehtiyat hissəsi və 40 ton dizel yanacağı aşkar edilmişdir.

Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *