Göyçayda 24 min manatdan çox pul və məişət əşyaları oğurlayan iki nəfər həbs edilib

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. Evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artıq pulu və 2500 manat dəyərində məişət əşyalarını talayaraq ələ keçiriblər.

Bakigundem.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polisin keçiridiyi tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən R.Ağayev və qayınatası R.Dadaşov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs məhkəmənin qərarı ilə həbs olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *