Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə telefon danışığı aparıb.
Bakigundem.com xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Mirziyoyev Türkmənistan Prezidentini ad günü münasibətilə təbrik edib.
Tərəflər, regional gündəliyə aid bəzi məsələlər, o cümlədən Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının növbəti məsləhətləşmə görüşü, eləcə də Türkmənistanda keçiriləcək MDB sammitinə hazırlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.














Leave a Reply