Pərviz Şahbazov: Azərbaycan, Ermənistan və Türkiyə arasında enerji əməkdaşlığı genişlənə bilər

Azərbaycan, Ermənistan və Türkiyə arasında əlaqələrin inkişafı regionda enerji sahəsində yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər.

Bakigundem.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, bu gün formalaşdırılan əməkdaşlıq mexanizmləri gələcəkdə enerji resurslarının yalnız ənənəvi tərəfdaş ölkələrlə deyil, region dövlətləri arasında daha geniş şəkildə bölüşdürülməsinə imkan yarada bilər.

Nazirin sözlərinə görə, bu proses regionda sabitliyin möhkəmləndirilməsinə, enerji balanssızlığının aradan qaldırılmasına və dayanıqlı əməkdaşlığın inkişafına töhfə verə bilər.

Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi layihələr təkcə ölkənin deyil, bütövlükdə regionun və qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

O bildirib ki, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi regional sabitliyin qorunması ilə yanaşı, iqlim dəyişiklikləri ilə mübarizəyə və daha dayanıqlı enerji sistemlərinin formalaşdırılmasına da töhfə verə bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *