Gürcüstanın Baş naziri Azərbaycanın səfiri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.

Bakigundem.com xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.

Tərəflər Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

Bu kontekstdə Baş nazirin Azərbaycana rəsmi səfəri zamanı imzalanan razılaşmaların strateji əhəmiyyəti xüsusi qeyd olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *