Ceyhun Bayramov: 2020-ci ildən bəri Azərbaycanda 433 nəfər mina qurbanı olub

Azərbaycanda 2020-ci ildən bu yana 433 nəfər mina qurbanı olub.

Bakigundem.com xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in sədri İqnasio Kassis ilə birgə mətbuat konfransında bildirib.

“Ərazilər işğaldan azad olunduqdan sonra problemin miqyasının daha da böyük olduğunu gördük. Bu problemlə mübarizədə Azərbaycan öz resurslarından istifadə edir. Sözsüz, Azərbaycana dəstək göstərən ölkələr var. Bu Azərbaycanın öz töhfəsi ilə müqayisədə çox kiçikdir. Azərbaycan üçün mina təhlükəsi, partlamamış sursatların mövcudluğu problemi mövcuddur.  ATƏT bu mövzuda təcrübəsi olan qurum kimi Azərbaycana dəstəyini göstərə bilər. ATƏT və ATƏT-ə üzv ölkələrin minatəmizləmə potensialını nəzərə alaraq Azərbaycanın gözləntisi ATƏT-in daha fəal olmasıdır, – nazir qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *