Hikmət Hacıyev: Azərbaycan Fələstində məktəb tikməyi planlaşdırır

Azərbaycan Fələstində böyük məktəbin tikintisini həyata keçirməyi planlaşdırır, lakin bölgədə davam edən müharibə layihənin icrasını ləngidir.

Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Fələstin tərəfi məktəbin tikintisi üçün əvvəlcədən torpaq sahəsi ayırsa da, hazırkı təhlükəsizlik vəziyyəti səbəbindən layihənin həmin ərazidə reallaşdırılması mümkün deyil.

Bu səbəbdən Azərbaycan tərəfi Fələstin rəhbərliyinə müraciət edərək məktəbin inşası üçün alternativ torpaq sahəsinin müəyyənləşdirilməsini istəyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *