Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən paylaşım edib.
Bakigundem.com xəbər verir ki, bu barədə Selçuk Bayraktar “X” sosial media hesabında yazıb.
“Azərbaycana səfərimiz çərçivəsində Prezident İlham Əliyev bizi qəbul etdi. Görüş zamanı mən ona “Bayraktar Teknoloji”nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə məlumat verdim. Göstərilən xoş qəbula görə minnətdarlığımı bildirirəm.
Azərbaycanla birlik və qardaşlığımız əbədi olsun”, – paylaşımda qeyd edilib.
















Leave a Reply